Gel Bize Gosul "Cunki Gencsen"

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » Gel Bize Gosul "Cunki Gencsen" » Музыка » "GENC" lik Edebiyyati - Azeri Rap


"GENC" lik Edebiyyati - Azeri Rap

Сообщений 1 страница 3 из 3

Опрос

Cibinizdeki son Qepiyi verib kimin Albomunu alarsiz?
Elshad Xose

50% - 1
Dayirman

0% - 0
H.O.S.T Alliance

0% - 0
Nagd PuL: Jin&NaDir

0% - 0
Uran

50% - 1
DaDo

0% - 0
Azeri Rapina qepik de vermerem

0% - 0
Голосов: 2

1

Azeri Rap barede istediyiniz,sevdiyiniz,esitdiyiniz v ya esitmek istediyiniz Her seyi bura yaza bilersiz...Yeni cixan Albomlar,Axtardiginiz mahni, Sevdiyiniz repper haqqinda munasibetler ve s.Fikirlerimizi ise balaca ses vermeden sonra baslayiriq!

0

2

Duzunu desem,eger cibimde axrinci gepik galibsa hec birine vermerem:)

0

3

“Azəri RAP-dən nə gözləyək – və ya gələcək elə də uzaqda deyil”

Tv qarşısında bir neçə saat Şou proqramlara baxdıqdan sonra istənilən şəxs düşünə bilər ki, Azəri RAP-in süqut dövrü artıq başlamışdır. Belə düşünənlərə heç bir irad tutmaq ən azından ona görə olmaz ki, Azərbaycanın musiqi səhnəsində Şoubiz onsuz da tərsinə qurulmuşdur. Sözsüz ki bu biznesin sadə tamaşaçılara ötürdüyü informasiya da özünün qurulduğu tərzdə - yəni tərsinə olacaqdır. Belə bir şəraitdə RAP-i inkişaf etdirmək özünəqəsd olmasa da – bu yol dəlixana evinə aparacaq bir yolun üstündə olacaqdır. Əlbəttə ki bu bir az şişirdilmiş zarafat olsa da reallıq heç də ürək açan deyil. Sübhəsiz bu çətin inkişaf prosesinin böyük bir hissəsi Da Streetz Production –ın özərinə düşür. Ona görə də satira və metaforaları bir kənara qoyaraq Da Streetz Production – ın hazırlanmaqda və ya hazırlıq işləri tamamlanmaqda olan relizləri haqqında məlumat vermək maraqlı olardı.

Uran - “Mənasız şeylər”

Azəri RAP-in tarixində artıq buraxılmadan uğura məhkum olan bəkə də yeganə albomu olan Uranın “Mənasız Şeylər” CD-sinin üzərində gedən işlər artıq tamamlanma mərhələsindədir. Bu albom haqqında yazmaq asan və rahat göründüyü qədər çox qəliz və çətindir.İlk albomu olan “Hörmətlə Uran” –a nisbətən “Mənasız Şeylər” –in daha güclü, hiss, ifadə olunan personaj və hadisələrin rəngarəngliyi ilə seçiləcəyi gözlənilir. Artıq albomun SoundLab-in prodüsserliyi ilə ilk rəsmi single –i “Da Streetz” (feat Anar Nağılbaz, Həkim, Virtual və Master T) dinləyicilərin rəğbətini qazanıb. Albomun executive prodüserliyini Master T öz üzərinə götürmüşdür. Buna istinad edərək çəkinmədən demək olar ki, “Mənasız Şeylər” albomu Azəri RAP-in tarixində buraxılmış ən güclü albomların sırasında olacaqdır.

Virtual - “За правду”

Albom – kitab, albom – manifest, albom – not dəftəri və ya bir çox adları bu alboma vermək olar. Virtualın öz producing – liyi ilə hazırladığı ilk solo albomu Azəri RAP-in tarixində Azərbaycandan kənarda (Rusiyada) buraxılmış ilk iri həcmli albom olacaqdır. Virtualın freestyle bacarığını onun karyerasının ilk günlərindən izləyən hər kəs üçün albomun necə olacağı haqda aydın təsəvvür yaranır. Virtuala xas olan özünəməxsus səs və qafiyə oyunu, küçə mühitinə yaxınlığı və beatmaker-lik bacarığı bu albomda cəmlənərək CD-ni əsl LP-yə çevirir. Rusiyadan Негатив Beatmaker-lərdən Jizzapr0 və Franklinin iştrakı ilə Albom üzərində işlər tamalanmaq üzrədir. Albomun 2009- cu ilin yanvar ayında çıxması gözlənilir.

Ali - “Argu менты и fuck ты”

Əsl Gangsta, küçələrlə təmsil olunan və analoqu olmayan sırf qara Rap-in təmsilçisi olan Caspian Clanın üzvü Alinin İsveçrədə yaşamasına baxmayaraq onun ilk solo albomu üzərində işlər həm orada həm də Azərbaycanda davam edir. Albomdan ilk single-ı olan yenə də SoundLab –in prodüserliyi ilə “Я иду” track-i Da Streetz-in STOP klubunda keçirilən konsertində böyük səs-küyə səbəb olmuşdur. Albomun buraxılış tarixi Alinin Bakıya gəlişindən sonra məlum olacaq.

Rap Out Clan - “Mexanizm”

Rap Out Clan-ın “MexanizM” albomu demək olar ki, hazırlanmış və hal-hazırda sonuncu mastering mərhələsindədir. Caspian Clan ənənələrinin davam edən və MC Bax-ın başçılıq etdiyi qruplaşmanın hazırladığı bu məhsul özünəməxsus orijinallığı və keyfiyyəti ilə seçilir. Çünki albom üzərində Azərbaycan beatmakerləri sırasında öz çəkiləri olan Lans və DJ Create işləmişdir. Alboma “Apokalipsis”, “B.S.H”, “Bağışla”, “Freestyle” və “Yığışdır” kimi rəğbət qazanmış parçaların daxil olması onu daha maraqlı və enerjili edir. Albom bu ilin noyabr ayında Da Streetz label-ində buraxılacaqdır.

OkabeR - “Başlıqsız sətirlər”

Rap Out Clan-ın əvəzedilməz üzvü OkabeR aka RevolveR R.O.C-un Mexanizm albomunun buraxılmsına az bir müddət qalmış öz solo albomunun yazılışına başladığını bildirib. Albom sözsüz ki, Rap Out ənənələri özərində qurulacaqdır. OkabeR-in mc-lik bacarığının hüdudsuz olduğunu bilən hər bir Rap Out dinləyicisi üçün bu albom əsl hədiyyə sayılır. Albom üzərində Dj Create, Lans, Virtual, Elnino və digər beatmaker-lər işləyəcəkdir. Yazılışılarına yenicə başlanıldığına görə albomun buraxılış tarixi hələ ki böyük sual altındadır

Master T - “Black & White”

Azərbaycanda ingilis dilli RAP nümayəndələrinin çox az olması Master T –nin hazırlanan albomuna marağı artırır, çünki ingilis dilində ən səviyyəli və keyfiyyətli parçaları məhz Masta təqdim edir. Albomun production-ı üzərində Uranla işləriylə tanınan Caspian Clanın üzvü Elnino çalışır. Sössüz ki, elə Elninonun prodüserliyi ilə ilk single olan “New Era” CD-nin seçilən track-ləri sırasında olacaqdır. Bununla bərabər Master T –nin Da Streetz Production –ın CEO-su olduğu üçün işlərin çoxluğu albomun hazırlıq işlərini böyük nisbətdə ləngidir, bu da “Black & White” -ın buraxılış tarixini dəqiqləşdirməyə imkan vermir. Buna baxmayaraq albomun 2009-cu ilin son rübündə buraxılacağı gözlənilir.

Həkim - “C.S. Sətirləri”

Daim öz oxunuş tərzini iti bucaq altında psycholyrics –dən gangsta rap-ə dəyişməyi bacaran və özünəməxsus səsə malik Həkimin ilk solo albomu üzərində iş artıq başlamışdır. “C.S” “Bağışla” və “Natali” treklərinin də yer alacağı albom artıq indidən bir çox dinləyicilərin marağına səbəb olmuşdur. Albomun musiqi prodwserliyini Sound Lab-in yaradıcısı və başçısı Beatmaker Niger öz üzərinə götürmüşdür. Executive prodüser ise Master T olcaqdır. Həkimin ilk solo albomunun da buraxılış tarixi tam dəqiq məlum olmasa da CD-nin 2010-cu ilin 1-ci yarısından tez buraxılacağı gözlənilmir.

DJ Create - “Untitled”

Azərbaycanın saysız-hesabsız RAP ifaçıları ilə işləmiş və yaratdığı musiqi parşalarıyla Azəri RAP-ə özünəməxsus yeni səslənmə gətirən DJ Create özünün ilk şəxsi beatmaker albomunun yazılışına başlamışdır. DJ Create tərəfindən hazırlanan CD-yə çoxlu maraqlı və züvqlü tracklər daxil olacaq. Albom sırf G-Funk üslubunda hazırlanır və heç də təəccüblü deyil ki, ora Azərbaycanın Klassik Jazz parçalarından hazırlanmış mix-tracklər daxil olacaqdır. DJ Create-in mikrofon arxasına keçmədiyini nəzərə alaraq albomun yazılışına qonaq kimi RAP ifaçılarının cəlb olunacağlı gözlınilir. Qonaq ifaçıların təqribi siyahısına Caspian Clanın üzvləri Uran, MC Bax, Virtual, Rap Out Clanın üzvləri OkabeR, Gambit, Remo, Capo, Azad Söz, Burito və eləcə də Master T, Həkim və Peyman daxildir. Albomun hazırlıq işləri artıq başlamışdır və buraxılma tarixi hələ ki, dəqiq məlum olmasa da təxminən 2010-cu il göstərilir.

Peyman - “Zindan”

Sound Lab və Da Streetz Connection-ın üzvü Peyman öz solo albomunun yazılışına başlamışdır. Rap Out Clan-ın “Yığışdır” track-ində iştrak etmiş Peymanın albomunu Sound Lab-in bazasında DJ Create hazırlayır. RAP dinləyicilərinin züvqünü oxşaya biləcək “Zindan” adlı CD-nin yazılışına dəvət olunacaq qonaq RAP ifaçılarının siyahısı haqqında hələ ki, xəbər verilmir, lakin ona daxil olacaq parçaların sırf qara musiqi ənənələrində olacağı bildirilir. Musiqi prodüseri SoundLab və DJ Create olmasına baxmayaraq albomda beatmakerlərdən bir çoxları və eləcə də Lans və Virtual-ın iştrakı gözlənilir.Executive prodüseri Master T olan albom 2010-cu ildə Da Streetz label-ində buraxılacaq.

0


Вы здесь » Gel Bize Gosul "Cunki Gencsen" » Музыка » "GENC" lik Edebiyyati - Azeri Rap